Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-19 11:31:00
DİM bu namizədlərə müraciət edib

İyunun 20-də doktoranturaya xarici dil üzrə qəbul imtahanı verərək 25 və ya daha yüksək bal toplamış və növbəti mərhələyə buraxılmış namizədlər xarici dil üzrə qəbul imtahanının nəticələrinə dair, Dövlət İmtahan Mərkəzinə (DİM) qüvvədə olan beynəlxalq dil sertifikatı təqdim edərək xarici dil üzrə qəbul imtahanından azad olunmuş namizədlər isə onların təqdim etdikləri dil sertifikatlarının doktoranturaya qəbul imtahanının 50-ballıq şkalasına uyğunluğu (ekvivalentliyi) barəsində QR-kodlu elektron arayış əldə edə bilərlər.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, arayışları DİM-in internet saytındakı linkdə şəxsi kabinetin istifadəçi adı (FİN) və parolunu müvafiq sahələrə daxil etməklə əldə etmək mümkündür.

 

İyunun 20-də xarici dil üzrə və iyunun 21-də isə əcnəbilər üçün keçirilmiş Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair şəhadətnamələr isə yaxın günlərdə hazırlanıb iddiaçılara təqdim olunacaq. Bu barədə iddiaçılara əlavə məlumat veriləcək.