Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-18 13:41:00
Gələcəyimiz dediyimiz uşaqları kifayət qədər müdafiə edə bilirikmi?  

Özümüzün nuru, gələcəyimiz dediyimiz uşaqlarımıza kifayət qədər sahib çıxıb müdafiə edə bilirikmi?

Bəhs etdiyimiz şey dünyaya gəlməsinə vəsilə olduğunuz uşağınızı yaxşı bəsləyib, yaxşı məktəblərdə oxutmaq deyil. Bəhs etdiyimiz şey küçədəki bir uşağı nə qədər müdafiə etdiyinizdir. Biri o uşağa haqsızlıq etdiyi zaman o uşağı nə qədər qoruduğunuzdur. Ya da ən sadəsindən yediyiniz şokoladdan bir parça o uşağa verib-vermədiyinizdir. Bəli uşaqlar bizim gələcəyimizdir, amma yalnız öz uşaqlarımız deyil, bütün uşaqlar.

Doğrudur, heç birimiz super qəhrəmanlar deyilik və bütün uşaqları qucaqlayıb onları pisliklərdən qoruya bilmərik, amma bəzilərinin həyatında kiçik və işıltılı bir iz buraxa bilərik. İllər sonra ürəkləri pisliyə və yaxud hirsə meyl etdiyi zaman, bəlkə ağıllarına biz gələrik…

Birdə valideynləri olan uşaqlar var. Anaları, ataları yanlarında olan amma onları istismardan qorunmayan uşaqlar… Bizim hələ körpə ikən, yetkinlik yaşına çatmadan ər evinə gedən kiçik gəlinlərimiz var. Təhsildən yayınıb işləyən balaca işçilərimiz var. Yalın ayaq dilənən yüzlərlə uşaq dilənçimiz var. Cinsi istismara məruz qalan körpələrimiz var…