Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 13:26:00
Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təlimi başlayıb  

Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təliminə start verilib.

 

İyul ayının 18-nə qədər davam edəcək altı günlük təlim proqramı çərçivəsində bu günə qədər MDU-nun akademik və inzibati heyət üzvləri tərəfindən üç təlim baş tutub.

 

İlk təlim günündə MDU-nun rektoru Şahin Bayramov son dövrdə universitetin modernləşməsi, əlverişli təhsil mühitinin təmin edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, mövcud pandemiya şəraitində tədrisin məsafədən təşkili, yeni qaydaların səmərəli tətbiqi, akademik, inzibati, tələbə heyəti üzvlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıda duran strateji vəzifələrdən danışıb.

 

MDU-nun Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov Bolonya prosesinin tarixindən və əsaslarından, Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasından, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulmasının müasir vəziyyətindən və xüsusiyyətlərindən söhbət açıb.

 

MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov kredit sisteminin mahiyyəti və üstünlükləri, kredit sisteminin tətbiqi, kredit sistemində tələbənin biliyinin qiymətləndirilməsi haqqında məlumat verib.

 

İkinci təlim günündə iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev təhsil krediti, ixtisasın tədris planı və tədris qrafiki, tələbənin fərdi tədris planı, akademik mobillik, Avropa Kredit Transfer Sistemi və digər anlayışlardan bəhs edib.

 

Üçüncü təlim günündə Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov təhsil prosesinin tədris-metodiki təminatı, tədrisin təşkili və idarə olunması sistemi haqqında məlumat verib.

 

Proqrama uyğun olaraq növbəti günlərdə təlimlər davam etdiriləcək.

 

Son təlim günündə iştirakçılar ideya və fikirlərini bölüşəcək. Təlimin nəticələri ilə bağlı müvafiq monitorinq və qiymətləndirmə aparılacaq.