Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 13:42:00
Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə vəsait ayıracaq  

Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun vəsaitdən nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutacaq.

 

AzEdu.az xəbər verir ki,bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərmanında öz əksini tapıb.

 

Fərmana əsasən, Fondun büdcəsini və xərclər smetasını Təhsil Nazirliyi təsdiq edəcək.

 

Xatırladaq ki, Fərmana əsasən, Nazirlər Kabinetinə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.(AZƏRTAC)