Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 12:42:00
 Kimya və riyaziyyat fənni üzrə ölkə rekordçuları AzEdu.az-a danışdılar: “Müəllimlər bunu etmirlər”

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 14 iyulda kimya və riyaziyyat müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində bir sıra müdavinlər yüksək nəticələr əldə edib.

 

 

AzEdu.az həmin şəxslərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib:

 

 

Şəbnəm Həmzəyeva ilk dəfə müəllim kimi fəaliyyətə başlayacaq:

 

 

O, orta təhsilini Bakı şəhər 156 nömrəli tam orta məktəbdə başa vurub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya ixtisası üzrə bakalavr, 2011-2013-ci illərdə isə həmin ali təhsil müəssisəainin kimya fakültəsi üzrə magistr pilləsini bitirib. 2018-ci  ildə MİQ-də iştirak edərək 45 bal toplayıb. Bu il isə ciddi şəkildə hazırlaşaraq kimya üzrə 59 ballıq nəticə əldə edib. 

 

 

 

“Bu zamana kimi müəllim olaraq fəaliyyət göstərməmişəm. Kurikulumun tələblərinə uyğun, müəllimlik nüfuzunu uca tutacaq şəkildə çalışmağı planlayıram.

 

 

İmtahanda hər 3 səviyyədən olan test tapşırıqları var idi. Könüllülər gülərüz və səmimi idilər. Prosesdə şəffaflığa tam nəzarət  olunurdu”.

 

 

Orxan Alışov riyaziyyat üzrə bu günə olan ən yüksək nəticəni-55 balı toplayıb:

 

 

O, 1986-cı ildə Saatlı rayonunun Dədə Qorqud kəndində dünyaya gəlib. 1992-ci ildə həmin kəndin orta məktəbinin 1-ci sinfinə daxil olub. 2003-cu ilde həmin məktəbdən məzun olub, Sumqayıt Dövlət  Universitetinin Coğrafiya fakültəsinə daxil olub.  2007-ci ildə oranı uğurla bitirib. Sonra Naxçıvan Türk Liseyində Coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2009-2016-cı illərdə Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbində Coğrafiya fənnini tədris edib. Riyaziyyat fənninə olan sevgisi onu ikinci dəfə universitet oxumağa həvəsləndirib. 2017 -ci ildə ADPU -nun riyaziyyat fakültəsinə daxil olaraq, həmin universiteti 2021-ci ildə bitirib.

 

 

“Riyaziyyatda yüksək nəticəyə nail olmaq üçün  öyrənilən mövzunun “hüceyrəsinə" nüfuz etmək, isbatlı riyaziyyata yiyələnmək lazımdır. 

 

 

Fikrimcə, “isbatsız riyaziyyat meyvə ağacı becərməyi bilmədən, yalnız meyvə almaqla ona sahib olmaq deməkdir".

 

 

MİQ hazırlığı fəaliyyəti ilə  məşğul olan müəllimlərə məsləhətim odur ki, öyrəndiyi bilgiləri həyatla əlaqələndirsin. Ən əsası isə öyrəndiyi fənnə qarşı sevgi və bağlılıqları olsun, yoxsa nəticə əldə etmək qeyri-mümkün olacaq”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları