Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 11:12:00
Azərbaycan Ordusunun müqəddəs çarpışmasında iştirak etmək tarixi şansdır-FOTO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo”nun “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində oxuculara Vətən Müharibəsi iştirakçısı olan müəllim Ruslan Ağamalıyevin bioqrafiyasını təqdim edirik:

 

AzEdu.az xəbər verir ki, Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Ruslan Ənvər oğlu Ağamalıyev 1978-ci ildə anadan olub.

 

1995-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirib. 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsidə təhsil alıb.

 

2000-ci ildən paytaxtdakı 157 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.

 

2002-2004-cü illərdə Füzuli rayonunda leytenant rütbəsi ilə xidmət keçən R.Ağamalıyev baş leytenant rütbəsi ilə xidmətini başa vurub.

Vətən Müharibəsi başlayan kimi cəbhə bölgəsinə yollanan R.Ağamalıyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətlərinə görə "Cəbrayılın azad olunmasına görə", " Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü”medalları ilə təltif olunub.

 

Tarixə qızıl hərflərlə həkk edilən qələbəmizin qazanılması üçün keçilən yolu həyatının ən xoşbəxt dövrü kimi qəbul edən  R.Ağamalıyev bir tarix müəllimi kimi Azərbaycan Ordusunun müqəddəs çarpışmasında iştirak etməyin tarixi şans olduğunu bildirir.