Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 11:00:00
Təhsil İnstitutu regionlarda “Səriştəli metodist” layihəsinə başlayır  

Təhsil İnstitutu “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə start verir.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

 

- Ali təhsil;

- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzu olunandır);

- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;

- “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;

- Təşkilatçılıq bacarığı;

- Komanda ilə işləmək bacarığı;

- Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;

- Yaş həddi: 27-45.

 

Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Layihəyə qoşulanlar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə biləcəklər.

 

Müraciətlər iyulun 31-dək qəbul olunur.