Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 10:36:00
“Azərbaycan əsgərinin bombaların altında sakitliyini qoruması qarşı tərəfdə ruh düşkünlüyü yaratdı”- Türk JURNALİST

İkinci Qarabağ müharibəsi zamanı yerli mətbuatla yanaşı qardaş Türkiyənin mətbuat orqanları da Azərbaycan həqiqətlərini aktiv  işıqlandıraraq dünyaya çatdırırdı.

 

Türkiyə mediasının nümayəndələri münqaişənin davam etdiyi müddətdə baş  verən bütün hadisələri,Gəncə, Bərdə və digər bölgələrə edilən hücumları, əsgərlərimizin ruh yüksəkliyi ilə cəbhəyə yollanması və göstərdikləri  qəhrəmanlıqları canlı  yayımlar, maraqlı  reportajlar vasitəsi ilə operativ olaraq  dünya ictimaiyyətinə çatdırmışlar.

 

AzEdu.az bu jurnalistlərdən biri, TV100-ün İkinci Qarabağ müharibəsini operativ şəkildə işıqlandıran  müxbiri  Burak Ersemizlə olan müsahibəni  təqdim  edir.

 

Müxbir, ilk olaraq müharibə dövründə həyata keçirdiyi canlı  yayımlardan, o  anki  situasiya, yaranan problem və çətinliklərdən danışıb: 

 

“Müharibə və münaqişə mühitindən xəbər hazırlamaq bir jurnalist üçün ən  təhlükələri vəzifələrindən biridir. Bu vəziyyətdə üstünüzdə olan tək silah  kameranız, fotoaparatınız və əlinizdəki mikrofonunuzdur. Silahların, bombaların  arasında  həyatda qalmağa çalışmaq və dünya ictimaiyyətini olduğunuz  bölgədəki vəziyyətlə bağlı məlumatlandırmaq üçün əlinizdən gələni etməlisiniz. Ancaq Ermənistan kimi terrorist ordular hər növ müharibə cinayəti törətdikləri üçün bir jurnalist olaraq təsadüfən əllərinə keçdiyiniz zaman öldürülməyiniz  qaçınılmazdır. Bu cür müharibə və münaqişə mühitlərində səhv yerdə  olmamağa çalışmaq ən vacib şərtdir. Bu müddət ərzində operator Bülent Ködemirci ilə çiyin-çiyinə çalışdıq və bütün çətinlikləri, təhlükələri birlikdə yaşadıq”. 

 

O, müharibə zamanı birbaşa cəbhədən canlı yayım etmənin əlverişsiz olduğunu bildirib: 

 

“Hər kəs canlı yayımı izləyə bildiyindən qarşı tərəfə koordinatlar verə və nəticə olaraq olduğunuz əraziyə hücum edilməsinə səbəb ola bilərsiniz. Bu səbəbdən ümumiyyətlə cəbhədən və cəbhəyanı ərazilərdən canlı yayım etmirəm. Ancaq mülki yaşayış məntəqələrinə edilən insanlıqdan kənar qırğın hücumlarında hadisəni dünya ictimaiyyətinə ən yaxşı şəkildə izah etmək lazımdır. Yeni bir hücuma məruz qalan ərazidə hazırladığınız canlı yayımlarla insan dramı və vəhşiliyini ən yaxşı şəkildə elan etməlisiniz. Məsələn, 4 oktyabr və 10 oktyabr tarixlərində Gəncədə mülki vətəndaşlara qarşı hücumları bir TV 100 müxbiri olaraq anındaca bildirməyimiz  və təxminən 3 saat canlı yayımda olmağımız  Azərbaycanın haqlı olduğunu sübut etdi. Bütün dünya Ermənistanın mülki şəxslərə hücumunu canlı yayımımızda izlədi və ondan dərhal sonra dünyanın aparıcı telekanalları öz təmsilçilərini Bakıya göndərdilər”. 

 

Müxbir bildirib ki, canlı yayımlar  zamanı hadisəni şişirtməmək lazımdır: 

 

“Müşahidələrinizi efirdə təsvir etməli və sakitliyinizi qorumalısınız. Deyəcəyiniz səhv bir söz və ya cümlə, hadisə haqqında informasiyanın yanlış ötürülməsinə səbəb olacaq. Hücumlardan sonra yaralı və cəsədlərin olduğu bir ərazidə əvvəl xilasetmə və təcili yardım qruplarına mane olmayacaq şəkildə çalışmalısınız və parçalanmış cəsədləri ekranda əsla göstərməməlisiniz.

 

Hadisə gecə baş verərsə, ilk yardım qrupları gələnə qədər kameranızın işığı ilə insanlara kömək etməli ola bilərsiniz. Dağıntılar ətrafında gəzərkən çox diqqətli olmalısınız, çünki altınızda yaralı və ölü ola bilər. Qeyd etdiyim kimi, müharibə davam edərkən birbaşa cəbhədən canlı yayımlar çox risklidir.Onun əvəzinə hərbi qulluqçuların yürüşləri və ailələrinə təbrik mesajları cəmiyyətdə müsbət qarşılanır. 

 

Cəbhədəki əsgərlərin qətiyyətli mövqeyi və qorxmaz baxışları xalqa ümid və qürur bəxş edərkən,düşmən ölkədə isə əksinə qorxu aşılayır”. 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
FACEBOOK