Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 16:32:00
Yaddaş problemi olanlar-BUNLARI EDİN

Günümüzdə bir çox insan yaddaş problemi ilə rastlaşır. Həyat keyfiyyətini aşağı salan bu prosesi aradan qaldırmağın bir sıra  sadə yolları var.

 

 

AzEdu.az həmin yolları təqdim edir:

 

 

1.Vacib məlumatları ucadan təkrarlayın;

 

 

Ünvan, telefon nömrəsi və tarixləri ucadan söyləyin. Yüksək səslə təkrarladığnız hər məlumat yaddaşa həkk olunacaq.    

 

 

2.İki işlə eyni vaxtda məşğul olmayın;

 

 

Eyni anda iki işlə məşğul olmaq diqqəti yayındırır. Bunu edən insanların digərlərinə nisbətən diqqəti cəmləməkdə çətinlik yaşadıqlarına dair dəlillər mövcuddur.    

 

 

3.Qeyd aparın;

 

 

Qeydlər mövzuları xatırlamaqda sizə kömək edəcəkdir. Yazı fiziki işdir, ona görə də, yazaraq öyrənmək beynin daha yaxşı inkişaf etməsinə kömək edəcək. Lakin bu, telefon və noutbuka aid deyil. Qeydlərinizi elektron cihazlara yox, dəftərlərə yazın.    

 

 

4.Gəzintiyə çıxın;

 

 

Tədqiqatlar sübut edir ki, gəzintiyə çıxmaq zehni gücləndirir. Bir şeyi xatırlamaq üçün biraz yürüyüş edin. Ən pis halda evdə 5-10 dəqiqə idmanla məşğul olun. Mütəmadi gəzintilər yaddaşınızı gücəndirəcək.  

 

 

5.Çətin mövzuları ayaq üstə və ya çöldə oxuyun;

 

 

Zehni gücləndirmək üçün yaşıl çay, yaxud da qəhvə için. Burdakı məntiq çox sadədir. Belə ki, kofein  beyninizi oyaq saxlamağa kömək edəcək.  

 

 

6.Şəkərdən çox istifadə etmək yaddaş üçün zərərlidir;

 

 

Zehninizi açıq tutmaq üçün şəkərdən bacardığınız qədər uzaq durun. Qəhvə içərkən  şəkər əvəzinə kremdən istifadə edin .Şirin qidaları tamamilə azaldın. Bu sizi sağlam və xoşbəxt etməkdən əlavə,  yaddaşınızı gücləndirəcək.    

 

 

 

7.Şahmat və kart oyunları oynayın, krossvord həll edin;

 

 

Bu oyunlar açıq şəkildə yaddaşınıza kömək etməsə də, beyninizi açıq tutacaq. Düşünmə tələb edən oyunlar beyniniz üçün ağırlıq qaldırma idmanına bənzəyir.  Video oyunların yaddaşa kömək edə biləcəyini düşünən bəzi araşdırmalar var . Lakin həddindən artıq oynamamağa özən göstərin.  

 

 

8.İdmanla məşğul olun;

 

 

Həftədə bir neçə dəfə yürüyüş edin, velosiped sürün və ya ağırlıq qaldırın. İdman bədəndə qan dövranını sürətləndirir. Bu da beyinə qan axımı prosesini artırır. İdmana dəvam etmək üçün əyləncəli yollar tapın. Məsələn, ağırlıq qaldırmanı sevmirsinizsə, basketbol oynaya və ya üzməyə gedə bilərsiniz.   İdmanla müntəzəm məşğul olmaq xatırlamaq qabiliyyətinizi gücləndirir.      

 

 

9.Yuxu rejiminizə fikir verin;

 

 

Hər gecə 8 saat yatın. Mühüm bir imtahana hazırlaşsanız belə gecə oxumayın. Belə olduqda şansınız daha yüksək olacaq. Yuxu sizə çoxlu məlumat emal etməkdə kömək edəcək.

 

 

Qeyd:Hansısa  hadisə, mövzu və ya tarixi bir dəfə xatırlamaq gələcəkdə onu unutmağın qarşısını alır.

 

 

Gülcahan Məmmədova