Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 16:11:00
"Çalışıram ki, öyrənim və öyrədim"-60 bal toplayan NAMİZƏD

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin ilk həftəsində ibtidai sinif müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində Gülnarə Hacıyeva maksimum nəticə olan 60 balı toplayıb.

 

 

AzEdu.az ən  yüksək bal toplayan namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib.

 

 

Gəlin, onu yaxından tanıyaq:

 

 

O, 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-2003-cü illərdə Sahil qəsəbəsi 253 nömrəli tam orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olub. İkinci ixtisas olaraq isə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təhsil alıb. Müəyyən dövr Sahil qəsəbəsi 273 nömrəli məktəbdə laborant vəzifəsində çalışıb. 2016-cı ildə MİQ-də 55 bal toplayaraq Qobustan şəhər 195 nömrəli tam məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb. Yerdəyişmə edərək 2017-ci ildə Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətini davam etdirib. Bu il isə MİQ-də maksimum nəticə olan 60 balı toplayıb. 

 

 

“İşlədiyim müddətdə şagirdlərlə xoş rəftar və səmimi münasibət qurmuşam. Yeniliklərə hər zaman açıq olmuşam. Çalışıram ki, öyrənim və öyrədim. Yeni tədris metodlarını həmişə tətbiq edib onu şagirdlərimə tədris etmişəm. Təhsil prosesini müəyyən oyunların təşkili əsasında həyata keçirməyə çalışıram. Dərslərin interaktiv şəkildə keçirilməsini dəstəkləyir və bunu tətbiq etməyə çalışıram. Şagirdlərim hər zaman aktiv olub, onlar yalnız dərs prosesində deyil, həm də dərsdənkənar məşğələlərdə iştirak ediblər. Əlaçı şagirdlərimin sayı çoxdur. Onlarla səmimi olmağa çalışıram və düşünürəm ki, şagirdlərim də məni sevir”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları