Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 13:24:00
  MİQ-in riyaziyyat fənni üzrə rekordçuları –“ Əlavə hazırlığa ehtiyac yoxdur”

 

 

 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

 

Müsabiqənin növbəti günündə - 13 iyulda riyaziyyat müəllimi olmaq istəyən şəxslər özlərini sınayıblar.

 

 

İmtahan prosesində 3 nəfər bu günə olan ən yüksək nəticəni- 56 balı toplayıb.

 

 

AzEdu.az həmin şəxslərlə ünsiyyətdə olub və onların təəssüratlarını öyrənib:

 

 

Natavan Zamanova MİQ-ə özü fərdi şəkildə hazırlaşıb:

 

 

O, 12 iyul 1994 cü ildə Naxçıvanın Şərur şəhərində anadan olub, 2011-ci ildə Şərur şəhər 2 nömrəli tam orta məktəbi bitirib və həmin il Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsinə daxil olub. 2015-ci ildə universiteti bitirib.

 

 

“MİQ-ə heç bir kursa getmədən özüm hazırlaşdım. İmtahan sualları diqqət və sürətli cavab verməyi tələb edirdi. Özünə güvənən hər bir şəxs əlavə hazırlığa  ehtiyac olmadan çalışarsa,  nəticə əldə edə bilər. 

 

 

Müəllim daima özünü inkişaf etdirməli və üzərində çalışmalıdır. Kurikulumda istifadə olunan yeni iş üsulları və formalarını tətbiq etməyi nəzərdə tuturam. Çünki bu şəkildə şagirdlərin marağını cəlb edəcəyimə inanıram. Məqsədim riyaziyatı daha asan və şagirdlərin rahatlıqla anlayacağı interaktiv üsullarla sevdirməkdir”.

 

 

Aynur Ağahüseynova gələcəkdə namizədləri MİQ-ə hazırlamağı planlayır:

 

 

O, 1992-ci ildə anadan olub. Bakıda 48 nömrəli məktəbi bitirib. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini  müəllimlik  ixtisası üzrə bitirib. MİQ-də 4 il iştirak edib və 47,47,54, ve 56 bal toplayıb. Hazırda Laçın rayon X. Q. Həsənov adına 3 nömrəli məktəbdə isləyir.

 

 

“MİQ-ə kursda müəllimlər vasitəsi ilə hazırlaşdım. İmtahan orta çətinlikdə idi və vaxt aparan suallara yer verilmişdi.

 

 

Hədəfim evimə yaxın bir məktəbdə daimiləşməkdir. Yeni metodlarla dərs keçirəm ve gələcəkdə də bele davam edəcəm. Hədəfim MİQ üçüm müəllim hazırlamaqdır”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları