Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 13:12:00
“Elmi kadr hazırlığı məsələləri” metodik vəsaiti çap olunub  

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşları tərəfindən “Elmi kadr hazırlığı məsələləri” adlı 356 səhifəlik metodik vəsait nəşr olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vəsait doktorantura və dissertantura təhsili alanlara kömək məqsədilə hazırlanıb. Vəsaitdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsindən, “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları” və digər hüquqi-normativ sənədlərdən nümunələr verilib.

 

Ölkəmizdə ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura təhsili elmi və pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir və bu ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılmış proqramlarla həyata keçirilir. Metodik vəsait bu və digər məsələlərdə oxucuya bələdçilik edir.