Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 12:36:00
Metro və avtobuslar bayram günlərində işləməyəcək  

Nazirlər Kabineti ictimai nəqliyyatın fəaliyyətinə dair qərar qəbul edib.

 

AzEdu.az xəbər verir ki, dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli 194 nömrəli Qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib və 18-21 iyul tarixləri qeyri-iş günü olaraq müəyyən edilib.