Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 10:35:00
Bu il neçə məzuna qızıl medal veriləcək? - RƏSMİ   
2017/2018-ci tədris ili üzrə orta məktəbi bitirən məzunların neçəsinin qızıl və gümüş medala layiq görüləcəyi avqust ayında bilinəcək.
AzEdu.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O bildirib ki, hər il olduğu kimi bu il də şagirdlərə qızıl və gümüş medallar qanunvericiliyə uyğun şəkildə veriləcək.

“Hələlik nə qədər şagirdə qızıl və gümüş medalın veriləcəyi bilinmir. Araşdırmalar aparıldıqdan, nəticələr tam öyrənildikdən sonra bununla bağlı müvafiq əmr veriləcək. Burada şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr, oxuduqları müddətdə iştirak etdikləri olimpiadalardakı uğurları da nəzərə alınacaq”.

Qeyd edək ki, 2016/2017-cü dərs ilində ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 154 nəfər qızıl, 31 nəfər gümüş medalla təltif olunub.