Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 10:48:00
“Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda onlayn seminarlar təşkil olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Avrasiya, Azərbaycan Dillər universitetlərində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən akademik və inzibati heyətə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda onlayn seminarlar təşkil olunub.

TKTA-dan AzEdu.az-a bildirilib ki, seminarlarda iştirakçılara yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və buna əsasən ali təhsil müəssisələrinin akkreditasiya prosesində ekspertlərin rolu və əhəmiyyəti barədə geniş məlumat verilib. Sözügedən ali təhsil müəssisələrinin əməkdaşlarının yeni redaksiyada təsdiq olunan akkreditasiya qaydaları barədə sualları cavablandırılıb, müzakirələr aparılıb.