Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 16:52:00
Eşitmə qüsurlular üçün effektli öyrənmə və tədris  metodları -MARAQLI

 

 

 

Dünyada bir çox insan fiziki qüsurlarının olmasına baxmayaraq təhsil həyatını davam etdirir.

 

Onların sırasına eşitmə qüsurlu şəxslər də daxildir. Həmin insanların təhsil həyatını inkişaf etdirmək, ünsiyyətini yaxşılaşdırmaq və danışıq vərdişlərini formalaşdırmaq üçün bir sıra metodlar hazırlanıb.

 

 

AzEdu.az həmin metodları təqdim edir:

 

 

1.Şifahi ünsiyyət

 

 

Bu metod ən geniş yayılan ünsiyyət formasıdır. Burada  erkən diaqnoz,  eşitmə üçün uyğun cihazlardan istifadə və təhsil böyük əhəmiyyət kəsb edir. Bu dili öyrənmək yalnız təbii mühitlərdə mümkündür. Şifahi ünsiyyətdə ailənin təhsildə birbaşa iştirakı da çox vacibdir.

 

 

2.İşarət dili 

 

O, bəzi obyektləri və fikirləri işarələrlə təsvir etməkdən ibarətdir. Bu metod əl, qol işarələri ilə qurulan ünsiyyət sistemidir. İşarət dilinu daha çox təhsili almayan anadangəlmə eşitmə qüsurlu şəxslər üçün  istifadə edilir.

 

 

Öyrənməsi asan bir metod olsa da, cəmiyyətdə işarət dili bilənlərin sayı çox azdır. Bunu nəzərə alsaq, eşitmə qüsurlu şəxslərin ətraf mühitlə ünsiyyət çətinliyini də anlamaq mümkün olur. Bu dilin əsas problemi isə məktəbdən məktəbə, hətta müəllimdən müəllimə fərqli yanaşmaları ehtiva etməsidir.

 

 

3.Barmaq əlifbası

 

 

Bu hansısa dilin hərflərini barmaqlarla göstərməkdən ibarətdir.  Belə ki. eşitmə qüsurlu şəxslər barmaqları ilə havada yazaraq ünsiyyət qururlar.  Daha çox yazı dilini bilənlər tərəfindən istifadə olunur.  Bu metodun effektivliyi həmin dilin hərflərinin barmaq ifadəsi üçün uyğun olmasından asılıdır.

 

 

4.İşarəli nitq

 

Danışıq səslərinin əl ilə göstərilməsinə əsaslanır. Bu metodda hər səs üçün xüsusi bir işarədən istifadə olunur. 

 

 

5.Ümumi metod

 

 

Bu üsulda isə eşitmə qüsurlu şəxslərə hansı formanın daha uyğun olduğunu təyin edilir. Əsas məqsəd həmin şəxslərin ehtiyaclarını ən uyğun şəkildə qarşılamaqdır.  Başqa sözlə, bu metodda fərdi ehtiyacların vacibliyi vurğulanır.

 

 

6.İki dil metodu  

 

 

Bu metod iki dilin erkən yaşda eyni vaxtda öyrənilməsinə əsaslanır. Təhsil baxımından ilk dil kimi işarə dilini, ikinci dil kimi şifahi dili tədris edilir.

 

 

Ümid edirik ki. eşitmə qüsurlu insanların əlil olmadığı, əksinə öz dillərinə sahib olduğu hamı tərəfindən qəbul edilər.

 

 

Gülcahan Məmmədova