Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 10:12:00
MİQ imtahanlarında fərqli statistika – İbtidai sinif müəllimlərinin kəmiyyət və keyfiyyət göstəriciləri  

“İbtidai sinif və ingilis dili üzrə keçirilmiş imtahanlarda 2958 nəfər iştirak edib” 

Bu sözləri AzEdu.az-a Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun İnsan Resursları Mərkəzindən bildiriblər. Məlumatda qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin dördüncü günü uğurla başa çatıb. İbtidai sinif və ingilis dili üzrə keçirilmiş imtahanlarda 2958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə ibtidai sinif üzrə 57 bal, ingilis dili üzrə isə 58 bal qeydə alınıb.

Qeyd edək ki, iyulun 10-dan başlayaraq, elektron ərizəsi qəbul edilən namizədlərin şəxsi səhifələrinə müsabiqənin ikinci mərhələsinin – test imtahanının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat göndərilib. Alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları