Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 15:39:00
III ixtisas qrupu üzrə imtahanlarda 21 mindən çox abituriyentin iştirak edəcək  

İyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanında 21 min 35, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16 min 757 nəfər olmaqla, ümumilikdə 37 min 792 abituriyentin iştirakı nəzərdə tutulur.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.