Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 13:15:00
Qəbul imtahanlarında fiziki məhdudiyyətli şəxslər də iştirak edəcək-Fərdi nəzarətçilər təyin edilib

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi ayrılıb. İyulun 14-ü III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 21035, iyulun 15-i II ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 16757 nəfər olmaqla, ümumilikdə 37792 abituriyentin iştirakı nəzərdə tutulur.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, imtahanlarda 42 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları