Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 12:51:00
14-15 iyulda abituriyentlər bu ərazilərdə imtahan verəcəklər-RƏSMİ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

 DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

 

İştirakçılar iyulun 7-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları