Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 11:35:00
Ötən həftənin MİQ gündəliyi – Rəqəmlər və nəticələr

 

 

5 iyuldan etibarən start verilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin birinci həftəsi yekunlaşıb. 

 

 

AzEdu.az xəbər verir ki, bu həftə ərzində fizika, informatika və ibtidai sinif üzrə test imtahanları təşkil edilib.

 

 

Fizika fənnindən Azərbaycan bölməsi üzrə 1797, rus bölməsi üzrə isə 72 namizəd iştirak edib. Ən yüksək nəticə 59 bal olaraq qeydə alınıb.

 

 

İnformatika fənnindən Azərbaycan bölməsi üzrə 2439, rus bölməsi üzrə isə 95 namizəd iştirak edib. Ən yüksək nəticə 58 bal olub.

 

 

İbtidai sinif üzrə Azərbaycan bölməsi üzrə 7394, rus bölməsi üzrə isə 523 namizəd iştirak edib. Ən yüksək nəticə 60 bal olaraq qeydə alınıb.

 

 

Həftə ərzində iştirak nisbəti 79,3% olub.

 

 

Xatırladaq ki, test imtahanı mərhələsində qeydiyyat prosesinə gecikən namizədlər imtahana buraxılmır. Namizədlərin şəxsi səhifələrində qeyd olunan məkana imtahan saatından 1 saat əvvəl gəlməyi tələb olunur. 

 

 

Bütün imtahan iştirakçılarına uğurlar arzulayırıq!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları