Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-10 17:33:00
Metodik kabinet əməkdaşlarının peşəkar inkişafına dair ehtiyacları müəyyənləşdirilib  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən metodik kabinet müdirləri və metodistlər üçün müntəzəm şəkildə vebinarlar təşkil edilir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinarların mövzularının müəyyən olunması üçün metodik kabinet əməkdaşları arasında 9 gün ərzində sorğu keçirilib. Məqsəd metodik kabinet əməkdaşlarının peşəkar inkişafına dair ehtiyaclarının müəyyənləşdirilməsi olub. Sorğunun nəticələrinə uyğun olaraq iyulun 12-də növbəti vebinarın keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, vebinarların keçirilməsində əsas məqsəd metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsidir.