Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 16:30:00
AzEdu.az-ın yeni  “Çat xidməti” - Təhsilə aid sual ver, cavab al

AzEdu.az Azərbaycan təhsil portalı oxuculara - çoxsaylı təhsil kontingentinə (şagird, müəllim, tələbə, valideyn) yeni xidmət təqdim edir.

Portalın “sualların onlayn cavablandırılması” xidməti bu gündən etibarən işə başlayır.

Bu xidmət vasitəsilə siz, təhsil məsələləri üzrə bütün suallarınızı bizə yönləndirə bilərsiniz.

Sualınızı yönləndirmək üçün saytın aşağı sağ küncündə yerləşdirilən “sualınız varmı?” pəncərəsində ad-soyadınızı (mütləq) və e-mail ünvanınızı (əgər varsa) yazmağınız kifayətdir.

Qeyd edək ki, onlayn müraciət vasitəsilə suallar həftənin bütün günləri saat 09:00-dan 18:00-a  kimi operativ şəkildə cavablandırılacaq. İş saatından kənar vaxtlarda göndərilən sualların cavabları isə növbəti iş günündə sizə göndəriləcək.

Onlayn müraciət vasitəsilə göndərilən suallar peşəkar təhsil ekspertləri və bu profilə uyğun rəsmi dövlət qurumlarına yönləndiriləcək.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, ayrı-ayrı universitet, kollec və liseylərə ünvanlanan suallar portalın əməkdaşları vasitəsilə adıçəkilən qurumlara koordinasiya ediləcək.

Həmçinin, cari təhsil məsələləri, təhsil qanunvericiliyi ilə bağlı suallar rəsmi nümayəndələr, adıçəkilən dövlət qurumlarının əməkdaşları tərəfindən cavablandırılaraq, müraciət müəllifinə çatdırılacaq.

Onlayn müraciət vasitəsilə qəbul və buraxılış imtahanları, Müəllimlərin İşəqəbul İmtahanları, Diaqnostik Qiymətləndirmə, yerdəyişmə, sertifikasiya  və kurikulum məsələləri, xaricdə təhsil bilgiləri – bir sözlə, təhsilə aid hər suala  cavab tapa bilərsiniz.

Xidmətin yaradılmasında əsas məqsəd portalımıza ünvanlanan oxucu suallarını –sayları bəzi hallarda yüzlərlə hesablanıb - rəsmi qurumlarla birlikdə daha dolğun cavablandırmaq və oxucu məmnuniyyətini qazanmaqdır.