Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 10:51:00
Məktəb inspektoru vəzifəsi üzrə elan edilən müsabiqə sabah yekunlaşır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən məktəb inspektoru vəzifəsi üzrə elan edilən müsabiqəyə müraciətlərin qəbulu iyulun 10-da yekunlaşır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqəyə müraciət etmək istəyən şəxslər TKTA-nın rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.