Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 18:11:00
Xaricdə  oxumaq istəyənlərin nəzərinə - Müsahibə  mərhələsində  bunlara  diqqət edin

 

 

“Növbəti  ay  ərzində  proses  yekunlaşdıqdan  sonra uğurlu sənəd  seçimi edən  nazmidələrimiz  müsahibə  mərhələsinə  buraxılacaqlar”.

 

AzEdu.az  xəbər verir ki, bunu  2019-2023-cü  illər  üçün  Azərbaycan Respublikasında  ali  təhsil  sisteminin  beynəlxalq  rəqabətliliyinin  artırılması  üzrə  Dövlət  Proqramı  İdarəetmə  Qrupunun  rəhbəri  Turan  Topalova  deyib.

 

O, namizədlərin  müsahibə  mərhələsində  diqqət  etməli  olduqları  məqamlara  aydınlıq  gətirib:

 

“Müsahibə  mərhələsində bilik  və  bacarıqların  qiymətləndirilməsi  nəzərdə  tutulur. Burada  əsas  üç  məqama  diqqət  edilməlidir. Namizədlər  elmi  tədqiqat  işini  aparma   bacarığı, məntiqi  mühakimə  yürütmə  bacarığı, əlaqə  və  özünü  inandırma  bacarıqlarını  göstərməklə  uğurlu  nəticə  əldə  edə  biləcəklər.

 

Dövlət  Proqramı  İdarəetmə  qrupu  olaraq  biz  sonrakı  mərhələdə  namizədlərlə  daha  sıx  əlaqədə  olaraq  qəbul  olanların  sənədləşmə  prosesi  və  ölkədə  ölkədə  yolasalma  prosesini  həyata  keçirəcəyik”.