Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 16:42:00
Təhsil naziri: Yay məktəbinə ölkə üzrə 3 mindən çox məktəb qoşulub

Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilində ilk dəfə ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş yay məktəbi layihəsi artıq yekunlaşıb. Pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən yay məktəbləri ictimaiyyət tərəfindən də müsbət qarşılandı.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk səhifəsində paylaşıb.

“Yay məktəbində ümumilikdə ölkə üzrə 3 min 136 məktəb, 274 min 742 şagird və 59 min 420 müəllim iştirak edib. Bu təşəbbüsdə fəallıq göstərən bütün təhsil işçilərinə bir daha təşəkkür edirəm”, - deyə nazir qeyd edib.