Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 15:13:00
Elektron jurnal və gündəlikdən istifadə üzrə təlimlər həyata keçirilir    

Ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti üçün elektron jurnal və gündəlik platformasından istifadə üzrə onlayn təlimlər həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, iyunun 21-dən başlayan təlimlərə hazırda 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları cəlb olunub.

 

Yeni istifadəyə verilmiş platformanın səmərəli istifadəsinin təşkili məqsədilə keçirilən təlimlərdə müəllimlər elektron jurnal və gündəlik sistemi platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi, şagird bölməsi ilə iş mövzularını öyrənirlər. İnzibati-idarəetmə heyəti üçün isə təlimlərdə tədris planına baxış, müvafiq uyğunlaşdırmaların aparılması, fənlər bölməsində aidiyyəti dəyişiklik və əlavələrin edilməsi, platformanın əsas bölmələri ilə iş, şagirdlər səhifəsinin idarə olunması kimi mövzular əhatə olunur. 

 

Təlim proqramını uğurla bitirən iştirakçılara yekunda elektron sertifikatların təqdim edilməsi nəzərdə tutulur.