Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 14:49:00
DİM internet saytı ən çox istifadəçi müraciətləri qeydə alınan saytlar siyahısında birincidir

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət orqanlarının və digər qurumların internet informasiya resurslarından istifadə üzrə 2021-ci ilin birinci yarısının statistikasını açıqlayıb. 

 

AzEdu.az xəbər verir ki, qeyd olunan müddət ərzində dövlət orqanlarının və digər qurumların rəsmi internet resurslarından istifadəçilərin sayına görə Dövlət İmtahan Mərkəzinə məxsus internet domeni (dim.gov.az) birinci sırada qərarlaşıb. Belə ki, dim.gov.az domeni həm toplam, həm də unikal giriş sayına görə ilk yerdədir.

 

Ümumi siyahı ilə buradan tanış ola bilərsiniz.

 

İstifadəçilər, xüsusilə KİV nümayəndələrinin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının gedişi ilə əlaqədar məlumatlar ilk növbədə Mərkəzin saytına yerləşdirilir. Operativ məlumat almaq istəyənlərə Mərkəzin saytı və aşağıdakı sosial şəbəkə hesablarını izləməyi tövsiyə edirik.

 

https://www.facebook.com/stateexamcenter

https://www.instagram.com/stateexamcenter/

https://www.youtube.com/stateexamcenter

https://t.me/s/stateexamcenter

https://twitter.com/stateexamcenter

https://www.linkedin.com/company/66227141/admin/