Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 13:36:00
Dövlət sifarişi əsasında magistratura üzrə təhsil alacaq tələbələrin sayı açıqlandı  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14 min 981 bakalavrdan 10 min 350-si ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, qəbul olunanlardan 3 min 766 nəfər dövlət sifarişi, 6 min 584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6 min 790 nəfər ali təhsil müəssisələrinin cari, 3 min 560 nəfər isə əvvəlki illərin məzunudur.