Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 13:12:00
Azərbaycan və Türkiyə Məzunlar Dərnəyi qurulacaq  

Azərbaycan və Türkiyə Məzunlar Dərnəyinin qurulması istiqamətində işlər davam etdirilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.

 

Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə qarşılıqlı olaraq hər iki ölkədə ali təhsil müəsissələrinin məzunların dərnəklərinin qurulması təşviq ediləcək.

 

Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Xaricdə Yaşayan Türklər və Əqraba Topluluklar Başqanlığına (YTB) tapşırılıb.(Report)