Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 12:12:00
Təhsil Nazirliyi MİQ-lə bağlı  bu iddianı əssassız hesab edir-ÖZƏL 

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

 

19 iş günü müddətində davam edəcək imtahanların ilk günlərində fizika və informatika fənni üzrə 2000-dən çox namizəd iştirak edib.

 

Belə şəraitdə təhsil ictimaiyyəti MİQ-lə bağlı müxtəlif fikirlər irəli sürürlər.

 

Sosial şəbəkədə MİQ-ə hazırlaşan və imtahan prosesində iştirak edən müəllim namizədlər ən yüksək nəticə göstərən şəxslərin gün sonu seanslarda iştirak etdiyini iddia edirlər. Onlar buna səbəb kimi erkən saatlarda imtahan verən şəxslərin digər saatlarda imtahan verənlərə sualları demələri ilə əlaqələndirirlər.

 

Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, gün ərzində 3 seans keçirilir. Hər seansda fərqli test tapşırıqları istifadə olunur. Bu kimi iddialar əsassızdır.

 

Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

 

Bütün namizədlərə uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları