Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 10:48:00
“Hökumətlərarası Təqaüd Proqramları” məzunlarının iştirakı ilə təlimlərə başlanılıb  

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlərin keçirilməsinə başlanılıb. 


AzEdu.az xəbər verir ki, 10 iyul saat 11:00-da baş tutacaq təlim proqramı “COVID-19 pandemiyasının iqtisadiyyata təsiri: Pandemiya - dünya iqtisadiyyatı üçün təhdid və ya yeni imkanlar?” mövzusuna həsr edilib. Təlimçi HTP proqramı çərçivəsində 2016-2018-ci tədris illəri üzrə Macarıstanda magistratura təhsili almış Xədicə Abdullayevadır. 


Təlimdə iştirak etmək üçün müvafiq link   https://forms.gle/PLMhitzgzAmmRCTS7  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.


Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.