Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 17:12:00
UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

Bu barədə  UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.