Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 18:12:00
84 vətəndaşımızın xaricdə təhsili proqram vasitəsi ilə maliyyələşdirildi-Şöbə müdiri

“Son  3  müraciətin  yekununda  84  vətəndaşımız  dünyanın  ən  yaxşı  iki  reytinq  sıralamasında  müvafiq  il  üzrə   500  universitet  arasında  yer  alan  universitetlərdən  qəbul  alaraq  məhz  bu  proqram    çərçivəsində  təhsillərinin  maliyyələşdirilməsi  həyata  keçirilmişdir”.

 

AzEdu.az  xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.

 

O  qeyd  edib  ki, son  il  yarım  ərzində  ildə  iki  dəfə  olmaqla  Dövlət  Proqramına  müraciət   açıq  elan  edilib:

 

“Bununla  biz  2019-2023-cü  illəri  əhatə  edən  dövrdə  və  son  ilodə  yekun  qəbul  ilə  əlaqədar  miqyası  nəzərə  alaraq  yerli  ali təhsil  müəssisələrimizin  məhz  tədqiqat  və  tədris  imkanlarının  artısılmasını  hədəfləyirik”.