Tədrisi ingilis yaxud alman dilində aparılan müəyyən ixtisaslaşma üçün imtahanda xarici dil limiti mövcuddur.
Belə ki,imtahan verən şəxs təhsil almaq istədiyi ixtisasın tədrisi ingilis dilində aparılan bölməsini seçmək istəyirsə, imtahanda xarici dil üzrə dopladığı bal DİM tərəfindən müəyyən edilən limitdən az olmamalıdır.
Bəs, ingilis və alman dili üçün limit nə qədərdir?
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin cavabını təqdim edir:
“Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır”.