Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 16:13:00
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu ilə bağlı canlı yayım təşkil ediləcək  

İyulun 6-sı saat 17:00-da 2021-ci il üzrə xaricdə doktorantura təhsilinə sənəd qəbulu ilə bağlı canlı yayım təşkil ediləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, canlı yayım zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı suallara aydınlıq gətiriləcək.

 

Canlı yayım Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən yayımlanacaq.