Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 13:25:00
TKTA tərəfindən test imtahanı keçirilib  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən mobil telefonların təmiri ustası peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş biliklərin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, agentliyin nümayəndəsinin sədrlik etdiyi imtahanın Qiymətləndirmə Komissiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində isə “İService” MMC-nin direktoru Akif Hacıyev iştirak edib.

 

İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaq. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə diplom və sertifikatlar təqdim olunacaq.