Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 13:13:00
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə imtahana qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə iyulun 31-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı iyulun 30-u saat 14:00-dək aparılacaq. Bu gün saat 12:35-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 12 (AB - 6, AC - 6) namizəd qeydiyyatdan keçib.

 

İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır. “Şəxsi kabinet” yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. Hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

 

Namizədlərin qeydiyyatdan keçməzdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə daha ətraflı DİM-in saytında tanış olmaq mümkündür.