Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 12:24:00
"Məktəbdə psixoloji işin təşkili" mövzusunda seminarlara qeydiyyat başladı

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş “Məktəbdə psixoloji işin təşkili” layihəsi çərçivəsində seminarlara qeydiyyat başladı.

AzEdu.az xəbər verir ki, iyulun 5-dən etibarən başlayan seminarların məqsədi məktəblərdə fəaliyyət göstərən psixoloqların peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir. 36 akademik saatdan ibarət seminarın proqramı məktəbdə psixodiaqnostika işinin təşkili, psixodiaqnostik metodların tətbiqi və qiymətləndirilməsi, psixokorreksiya işinin təşkili, şagirdlərə psixoloji dəstəyin gücləndirilməsi, müəllim və valideynlərlə işin təşkili, yeniyetmələrlə psixoterapiya və s. kimi mövzuları əhatə edir. Yeni qruplar üçün seminarlar avqust ayının 1-dən başlayacaq və hər qrup üçün 9 gün davam edəcəkdir. 

Qeyd edək ki, nəticəni müqayisə etmək, dəyərləndirmək məqsədi ilə seminara başlamazdan əvvəl və sonra test əsasında qiymətləndirmə aparılacaqdır. Seminarlar yalnız məktəb psixoloqları üçün nəzərdə tutulmuşdur və ölkənin bütün bölgələrindən ümumtəhsil müəssisələrində işləyən psixoloqlar müraciət edə bilərlər. Qiymətləndirmədə iştirak edən müdavimlərə nəticələrinə uyğun olaraq sertifikat veriləcəkdir. 

Seminarlar layihənin tərəfdaş qurumu olan TİPİİ-də keçiriləcəkdir.  

İştirak ödənişsizdir.

Son qeydiyyat tarixi 30 iyuldur.

Ətraflı məlumat üçün (012) 430-90-81 və ya (051) 701 43 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Seminarda iştirak üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur.