Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 12:25:00
MİQ müsabiqəsində suallar belə bölünəcək – RƏSMİ

Müəllimlərin işə qəbul müsabiqəsində 20 sual metodika və pedaqogika və qanunvericilik sahələrinə aid olacaq.

 

Müəllim namizədləri maraqlandıran əsas məsələ imtahandan  bu sahələrdən hansına üstünlük veriləcəyidir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktoru Nəzakət Mehdiyeva imtahan suallarının bərabər sayda olmayacağını bildirib:

 

“Yəni 10 sual metodika, 10 sual isə pedaqogika üzrə bölüşdürülməyəcək. Çünki burda üçüncü məzmun sahəsi-hüquqi savadlılıq var. Müəllim olmaq istəyən şəxs təhsil qanunvericiliyi ilə bağlı sənədləri oxumalıdır. Bura Təhsil Qanunu, Ümumtəhsilin Nizamnaməsi və s sənədlər daxildir. Qiymətləndirmə çərçivəsində bütün bunlar qeyd olunub. 

 

Sadəcə bu o deməkdir ki, müəllim qanunvericiliklə bağlı məsələlərdən məlumatlı olmalıdır. Sualların sayı 3 olacaq.

 

Yerdə qalan 17 sual isə 8-9 olaraq təxmini bərabər olaraq bölüşdürülüb və üstünlük metodikaya verilib. Metodika dedikə isə söhbət şagirdlərə işin məzmunu, təşkili, qiymətləndirmə, planlaşdırma, pedaqoji və psixoloji nəzəriyyələrdən gedir .  Bu il hələlik həmin nəzəriyyələrin sayı az göstərilib, amma gələn il həmin siyahının genişlənməsi ehtimal olunur”.

 

 

Onun sözlərinə görə, gələcək fəaliyyətlərinin yaxşı təşkili üçün müəllimlərin pedaqoji nəzəriyyələri bilməsi vacibdir.

 

“Müəllim bilməlidir ki, dünyanın məşhur pedaqoqları hər hansı yaranmış vəziyyətə necə baxırlar. Məsələn, şagird dərsə gecikərkən müəllimin davranışı barədə pedaqogika nə deyir? Yaxud sinifdə şagirdlər arasında münaqişə varsa, onu həll etməyin ən səmərəli yolu nədir? Müəllimlə şagirdin arasında əməkdaşlıq qurula bilmirsə, bunun çıxış yolu nədir? Və s

 

Yəni bunu dünya pedaqogikasından oxuyub cavab tapmaq lazımdır. Biz demirik ki, müəllim sinifdə nəzəriyyədə necə yazılıbsa, elə tətbiq etməlidir.  Qətiyyən belə deyil.  Sadəcə həmin pedaqoji nəzəriyyələr xeyli dəyişdirilib, təkmilləşdirilib, hər xırdalığına qədər analiz edilib, sınaqdan keçib, yəni  hazırda ən yaxşısı hesab olunur. Biz niyə yenidən o mərhələləri keçək? Pedaqogikada hazır təsdiq olunmuş fikirlər varsa, ondan bəhrələnə bilərik.

 

Həmçinin bu o demək deyil ki, pedaqogikada vahid fikirlər var. Bu elm sahəsində də bir məsələyə 3-5 münasibət var. Müəllim həmin münasibətləri oxumalıdır, onlardan özünə uyğun olan çıxarmalıdır. Amma təbii ki, ondan soruşulanda ki, Piajenin nəzəriyyəsində hər hansı məsələyə münasibət necədir, onda konkret pedaqoqun fikrin bilməlidir”.