Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 11:56:00
150 bal toplayan abituriyentlər hansı universitetləri seçə bilər? 

“DİM I qrupda azı 150 bal toplayan abituriyentə 8 universitetdən 39 ixtisas üzrə 1265 plan yeri seçmə hüququ verib”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində I ixtisas qrupunda minimum 150 bal toplayan abituriyentlərin seçə biləcəyi ali məktəblər və ixtisaslarına  fənlər üzrə nisbi bal məhdudiyyəti qoyulmayıb. 

Diqqətə çatdırırıq ki, məlumatlar "Abituriyent"jurnalının IV buraxılışına istinadən təqdim olunur:

“Həmin ixtisaslar Naxçıvan Dövlət Universitetində Torpaqşünaslıq və Aqrokimya, (15 yer və yalnız dövlət sifarişi ilə), Texnologiya müəllimliyi 15 yer, (ödənişli əsaslarla ildə 1300 azn), Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (15 yer, ödənişli əsaslarla1000 azn) təşkil edir. 

Azərbaycan Texnologiya Universitetinin Gəncə filialında Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi 45 yer ayrılıb və qəbul yalnız dövlət sifarişi ilə aparılır. 

Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncə filialında Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi qiyabi 15 yer ayrılıb və yalnız dövlət sifarişi əsasında qəbul aparılır. 

Ali məktəbin Torpaqşünaslıq və Aqrokimya ixtisasına  75 yer ayrılıb və burada da qəbul yalnız dövlət sifarişi əsasında aparılır. 

Torpaqşünaslıq və Aqrokimya qiyabi 15 yer və qəbul dövlət sifarişi əsasında aparılır. 

Aqronomluq əyani 60 yer, Aqronomluq qiyabi 15 yer, YDS (yalnız dövlət sifarişi), Zootexniklik əyani 45 yer, YDS, Zootexniklik qiyabi 15 yer, YDS, Aqromühəndislik əyani ,60 yer, YDS, Aqromühəndislik qiyabi, 15 yer, YDS, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi əyani,45 yer, YDS, Meşəçilik əyani,30 yer, YDS,Şərabçılıq əyani,15 yer, YDS, İstehlak mallarının ekspertizası və marketinqi əyani 15 yer, 1500 azn, Torpaqşünaslıq və aqrokimya (ingilis dili) 15 yer, YDS, Aqronomluq (ingilis dili) 15 yer, YDS.

Gəncə Dövlət Universiteti Texnologiya müəllimliyi əyani , 30 yer, 1300 azn, Azərbaycan Texnologiya Universiteti, Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi əyani, 55 yer, 1100 azn, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi qiyabi, 10 yer, 1000 azn, Çoxişlənən malların texnologiyası mühəndisliyi əyani,50 yer, 1100 azn, Çoxişlənən malların texnologiyası mühəndisliyi qiyabi, 10 yer, 1000 azn,İstehlak mallarının ekspertizası və marketinqi əyani, 60 yer, 1100 azn, İstehlak mallarının ekspertizası və marketinqi qiyabi, 10 yer, 1000 azn
27.149161 MDU Çoxişlənən malların texnologiyası mühəndisliyi əyani,25 yer,1200 azn.

Lənkəran Dövlət Universiteti, Texnologiya müəllimliyi əyani,25 yer,  1300 azn, Torpaqşünaslıq və aqrokimya əyani,30 yer, 1400 azn,  Aqronomluq əyani, 30 yer,1400 azn, Aqronomluq qiyabi, 15 yer, 1200 azn,Meşəçilik əyani,30 yer, 1400 Azn; 

Azərbaycan Kooperasiya Universiteti Çoxişlənən malların texnologiyası mühəndisliyi əyani,110 yer,1800 Azn, İstehlak mallarının ekspertizası və marketinqi əyani,110 yer, 1800 azn.

Qərbi Kaspi  Universiteti Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi əyani,30 yer, 2500 azn,İstehlak mallarının ekspertizası və marketinqi əyani, 30 yer, 2500 azn, Poliqrafiya mühəndisliyi əyani, 30 yer, 2400 azn,Meşəçilik əyani, 25 yer, 2200 azn, Meşəçilik qiyabi, 10 yer, 1700 azn təşkil edib”.

Qeyd edək ki, 18 iyul I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları