Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 11:41:00
DİM abituriyentləri narazı salan qalmaqallı suala aydınlıq gətirəcək – AzEdu.az-da (FOTOFAKT)  

18 iyul I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçirilib. İmtahanın etalon cavabları Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilib.

AzEdu.az xəbər verir ki, düzgün cavabların açıqlanmasına baxmayaraq, abituriyentlər və valideynlər I ixtisas qrupu üzrə mübahisəli sualın olduğunu iddia edirlər.

DİM-in rəsmi saytında Azərbaycan bölməsi I qrup D variantında  25-ci sualın cavabı “1bce, 2ad, 3b” kimi açıqlanıb. Şagirdlər və bəzi müəllimlər isə bu cavabla razılaşmır və DİM-in nəşr etdiyi 1994-2015-ci il test toplusunda 2012-ci ilin qəbul imtahanına salınan həmin sualın düzgün cavabının “1ce, 2ad, 3 b” kimi qeyd olduğunu bildiriblər. Bir çox abituriyent bu səbəbdən cavabı məhz həmin kitabda yazıldığı kimi kodlaşdırıb. 

AzEdu.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirdilər ki, mübahisəli suala DİM-in mütəxəssisləri tərəfindən ən qısa zamanda aydınlıq gətiriləcək.

AzEdu.az mübahisəli sualı, həmin sualın riyaziyyat müəllimi tərəfindən izahını və 2012-ci ilin qəbul imtahanına salınan həmin testin 1994-2015 test toplusundakı düzgün cavabını təqdim edir:

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları