Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-03 10:32:00
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirilib  

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

 

AzEdu.az xəbər verir ki, iyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

 

Bildirilib ki, namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış ola bilərlər.

 

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib.