Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 15:22:00
MİQ müsabiqəsinə bu qədər müraciət daxil olub  

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinə 62 min 242 müraciət daxil olub.

Təhsil Nazirliyinin İnsan resursları mərkəzindən  bildirilib ki, müraciət edənlərdən 1559 nəfər elektron ərizəsini təsdiq etməyib. 1512 nəfərin elektron ərizəsinə daxil etdiyi məlumatlar müsabiqə şərtlərinə uyğun olmadığı üçün imtina verilib. 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmış və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.

Xatırladaq ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib.

Növbəti tədris ili üçün keçiriləcək müsabiqədə 59 min 171 namizədin elektron ərizəsi qəbul edilib. Onlardan 18 nəfəri ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslərdir. Onlar qiymətləndirmə nəticələrinə uyğun olaraq müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər.

Müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib. İmtahanda iştirak edəcək namizədlərin şəxsi səhifələrində qeyd olunan təlimatla tanış olması tövsiyə olunur.