Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 11:00:00
İsveç və İsveçrədəki  təhsil  zamanı bunları edə bilərsiniz - İnanılmaz  imkanlar, iş şansları  

Dünyada  təhsilin yüksək  standartlara  malik  olduğu  dövlətlər  arasında  İsveç və İsveçrə ilk pillələrdə durur. Bu ölkələrdə təhsil almaq istəyən gənclərin suallarına cavab olaraq AzEdu.az həmin məlumatları  təqdim edir:

Bildirək ki, İsveç və İsveçrə hökumətlərinin dövlət  təqaüd proqramları var. İsveçrədə yaşam xərcləri (yaşayış,yemək, tibbi sığorta) isə tələbəyə hər ay üçün  1500 dollara başa gəlir. Tələbələr üçün işlər isə həmişə var, təbii ki, xidmət sektorundadır.

İsveçrədə  həftədə 15 saat iş icazəsi verilir. Onlar saathesabı  15-30 dollar arası qazana bilərlər. Bu da görülən işdən asılıdır. Təhsili bitirdikdən sonra bank hesabında yetərincə vəsait , həmçinin yaşayış ünvanı  göstərdikdə miqrasiyaya müraciət edib, iş axtarması üçün bir ilə kimi, ən az isə altı ay əlavə vaxt istəyə bilər.

İsveçrə Səfirliyi isə ölkəsində təhsil almaq istəyənlərdən bank hesabında bir il üçün 18-19 min dollar tələb edir. Tələbələr həmçinin İsveçrə-Avropa Mobiliti (Swiss European Mobility Program) proqramından da yararlanan bilərlər.

İsveçrə üçün təyin olunmuş birdəfəlik giriş üçün viza rüsumu 60, birillik isə 350 avrodur.

Qeyd edək ki, İsveçrədə həm bakalavr, həm də magistr üçün illik təhsil haqqı 11000-50000 avro arasında dəyişir.Qiymətlər isə universitetin keyfiyyətinə və ixtisasın aktuallığına görə dəyişir.

İsveç dünyada ən üstün və prestijli akademik mükafatı olan Nobel sülh mükafatına ev sahibliyi edir. İsveçin əsas özəlliklərindən biri buradakı universitetlərin dövlət universitetləri olması və dövlət tərəfindən maliyyələşməsidir.

İsveç universitetləri xarici tələbələr üçün ingilis dilıində 350-dən çox təhsil proqram açıb. Burada da xarici tələbənin əldə etdiyi əsas avantaj isə ölkədə tədris proqramını icra etdiyi müddətdə işləmək izninin dövlət tərəfindən təmin edilməsidir. İsveçdə təhsil almaq üçün bir sıra tələblər var ki onlara cavab vermək lazımdır. İsveçdə isə təhsil haqqı universitetin və fakültənin keyfiyyətinə görə 8000-20000 avro arasındadır. Yaşam xərcləri isə bir ay üçün 850 avro civarındadır. İstər birdəfəlik, istərsə də çoxsaylı girişin olmasından asılı olmayaraq İsveç üçün təyin edilmiş viza rüsumu 35 avrodur.

Qeyd edək ki, İsveç İsveçrəyə nisbətən daha ucuz  ölkədir.