Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 13:24:00
  bp ikinci kəşfiyyat quyusu ilə bağlı sənədi ictimaiyyətə açıqladı  

 

bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

 

 

ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir.

 

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

 

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilib və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd ikinci kəşfiyyat quyusunu əhatə edir.

 

Həmin quyu qurudan təxminən 1,5km məsafədə, suyun təxminən 7m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 4000m aşağıda) yerləşən Qərb perspektiv sahəsində qazılacaq.

 

Şimal-Şərq perspektiv sahəsindəki birinci kəşfiyyat quyusu üçün ƏMSSTQ sənədi 28 avqust 2020-ci il tarixində 60 gün ərzində ictimaiyyətə açıqlanmışdı. 

 

Ücüncü quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə ediləcək sənəddə əhatə olunacaq.