Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 17:00:00
Müəllim namizədlərə bəd xəbər – MİQ-də artıq buna icazə verilməyəcək  

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin qəbulu mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi.

 

 

Lakin bəzi namizədlər elektron ərizədə səhvə yol verib və onları düzəltmək imkanının olub-olmadığını bilmək istəyirlər.

 

 

AzEdu.az Təhsil Nazirliyinin  İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin qəbulu mərhələsi başa çatdığı üçün elektron ərizələrdə hər hansı bir düzəlişin edilməsi imkan xaricindədir.

 

 

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları