Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 15:43:00
Təhsil Nazirliyi: məktəbli gimnastlar 5 qızıl, 1 bürünc medal qazanıblar  

Monteneqronun Budva şəhərində keçirilən “Monteneqro Cup” beynəlxalq turnirində Təhsil Nazirliyinin İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər gimnastika məktəbinin yetirmələri yüksək nəticə əldə edib.

Təhsil Nazirliyindən  bildirilib ki, 12 ölkədən 200 nəfərdən çox gimnastın iştirak etdiyi yarışlarda ölkəmizi məktəbin 5 idmançısı təmsil edib. Uşaq yaş kateqoriyasında çıxış edən Aysel Rzayeva halqalar, Yelizaveta Yefremova gürzlər, Zəhra Tahirova alətsiz növlərdə qızıl, yeniyetmələr üzrə Fəxriyyə Əliyevə gürzlə çıxışda bürünc medal qazanıb, Leyli İsmayılova isə top və halqalarla çıxışda turnirin ikiqat qalibi olub. Təmsilçilərimiz ümumilikdə 5 qızıl və 1 bürünc medala layiq görülüb.

Qeyd edək ki, yeniyetmə yaş kateqoriyası üzrə çıxış edən hər iki gimnast Azərbaycan milli komandasının üzvləridir.