Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 15:19:00
Respublika ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” keçirilib  

İyunun 30-da respublika ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrində “Məzun günü” keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müxtəlif bölgələrdə keçirilən “Məzun günü” tədbirlərində Təhsil Nazirliyinin, agentliyin və özəl sektorun nümayəndələri iştirak edib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsinin 13 min 300-dən çox tələbəsi məzun olub.