Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 15:06:00
9 illik təhsil bazasından kolleclərə sənəd qəbulu başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu başa çatıb.

DİM-dən verilən məlumata görə, ümumilikdə 32215 şagird sənəd verib. Onlardan 31332-si Azərbaycan, 883-ü rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu iyunun 14-də başlayıb.